“Bu ay Xızı rayonunun Yaşma qəsəbəsində əudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin inşa etdiyi 240 meqavatlıq külək elektrik stansiyası işə salınacaq”.
Bunu “Asharq Al-Awsat” nəşrinə müsahibəsində energetika naziri Pərviz Şahbazov deyib.
“Biz stansiyanın istifadəyə verilməsini birlikdə qeyd etmək üçün Səudiyyə Ərəbistanından Azərbaycana nümayəndə heyətinin səfər edəcəyini gözləyirik. Həmin nümayəndə heyəti ilə həmçinin iqtisadi əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə etməyi planlaşdırırıq. Ümumiyyətlə, bu səfər rəsmi Bakı ilə Ər-Riyad arasında iqtisadi əməkdaşlığı genişləndirmək üçün yeni imkanları müzakirə etməyə şərait yaradacaq”, – deyə o, qeyd edib.
2020-ci ilin dekabrında Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə “ACWA Power” şirkəti arasında qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyası layihəsi üzrə investisiya müqaviləsi, enerji alqı-satqısı müqaviləsi və ötürücü şəbəkəyə qoşulma müqaviləsinin imzalanma mərasimi keçirilib. Energetika Nazirliyi adından nazir Pərviz Şahbazov, “Azərenerji” adından qurumun prezidenti Baba Rzayev və “ACWA Power” şirkətinin rəhbəri Mohammad Abunayyan sənədə imza atıb.