27 C
Baku
Wednesday, June 26, 2024

Pərviz Şahbazov: Bu il proqnozlaşdırılan qaz ixracının yarısı Avropaya tədarük ediləcək

30 ildən sonra bizim məqsədimiz dəyişməz olaraq qalır – regionda və onun hüdudlarından kənarda enerji təhlükəsizliyini və davamlı inkişafı təmin etmək.

Bu sözləri energetika naziri Pərviz Şahbazov Bakı Enerji Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Avropaya illik qaz tədarükü son 3 ildə 8.2 milyard kubmetrdən 12 milyard kubmetrə yaxın artıb.

“Trans-Adriatik Boru Kəmərinin 2026-cı ilə qədər 1.2 milyard kubmetr genişləndirilməsi artıq ötürmə qabiliyyətinin daha da artırılması üzrə davam edən müzakirələrlə təsdiqlənib”, – deyə nazir vurğulayıb.

MənbəAZƏRTAC
Son xəbərlər
 ⁠
Digər xəbərlər