12 C
Baku
Saturday, November 23, 2024

Pərviz Şahbazov: “İndiyədək AÇG-dən 545 milyon tona yaxın neft çıxarılıb”

“İstismara veriləndən indiyədək “Azəri-Çıraq-Günəşli” neft yataqlarından 545 milyon tona yaxın neft çıxarılıb”.

Bunu energetika naziri Pərviz Şahbazov “Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah” mövzusunda keçirilən konfransda deyib.

“Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) 49 milyon kubmetrdən çox səmt qazı verilib. Qaz satışından 155 milyon ABŞ dollara yaxın gəlir əldə edilib”, – nazir vurğulayıb.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG yatağı fəaliyyətə 2001-ci ildən başlayıb.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər