16 C
Baku
Thursday, March 28, 2024

Pərviz Şahbazov: “Ötən il Bolqarıstana qaz ixracımız 600 milyon kubmetr olub”

Ötən il Azərbaycandan Bolqarıstana qaz ixracı 600 milyon kubmetr olub.

Bu barədə energetika naziri Pərviz Şahbazov özünün “twitter” hesabında qeyd edib.

Energetika naziri bolqarıstanlı həmkarı ilə görüşündən spnra bildirib ki, Bolqarıstanın energetika naziri Rosen Xristov ilə görüşdə Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB), eləcə də müxtəlif marşrutlar, yeni infrastrukturlarla qaz tədarükünün şaxələndirilməsi perspektivlərini müzakirə edilib.

“Bolqarıstanın energetika naziri Rosen Xristov ilə görüşdə IGB, eləcə də müxtəlif marşrutlar, yeni infrastrukturlarla qaz tədarükünün şaxələndirilməsi perspektivlərini müzakirə etdik. Ötən il Bolqarıstana qaz ixracımız 600 mln. m3 olub”, deyə nazir bildirib.

Son xəbərlər
Digər xəbərlər