6 C
Baku
Monday, December 16, 2024

Pərviz Şahbazov S. Ərəbistanının energetika nazirinin fikirlərinə münasibət bildirib

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman Əl Səudun neft bazarı ilə bağlı fikirlərinə münasibət bildirib.

Banker.az xəbər verir ki, nazir bununla bağlı öz rəsmi Twitter səhifəsində yazıb.

Nazir bildirib ki, neftin fyuçers qiymətlərinin tələb-təklif balansına əsaslanmadan formalaşması tendensiyası yüksək volatillik və neft bazarında likvidliyin azalması, qeyri-sabitliklə nəticələnir. Bu, geosiyasi faktorlarla dərinləşən qlobal enerji böhranı dövründə neft bazarının iştirakçıları üçün arzuolunmaz vəziyyətdir.

Pərviz Şahbazov əlavə edib ki, Azərbaycan dünya neft bazarının sabitləşdirilməsində səmərəli və təsirli tənzimləmə mexanizminə malik “OPECplus” fəaliyyətini hər zaman dəstəkləyir: “Səudiyyəli həmkarım, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun bu xüsusda, narahatlığını bölüşür, yüksək volatillikdən əziyyət çəkən neft bazarı üçün nəticələri minimuma endirmək məqsədilə “OPECplus” çərçivəsində gələcək təşəbbüslərlə bağlı həmrəyliyimi bildirirəm”.

Son xəbərlər
Digər xəbərlər