Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, İşlər İdarəsi və tabe təşkilatların əməkdaşları üçün Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ilə İ.Zülfüqarov küçəsinin kəsişməsindəki 2942 A məhəllədə sosial təyinatlı yüksək mərtəbəli yaşayış kompleksi tikilir.
Yaşayış kompleksinin gələn ilin payızında istifadəyə verilməsi nəzərdə tutulub.