“Qarşıya qoyulan vəzifələrə nail olmaq üçün dövlət idarəçilik institutlarının müasir və yenidən qurulması zəruridir”.
Bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova deyib.
O bildirib ki, hazırki parlament seçkiləri daha çevik, peşəkar deputat korpusunun formalaşmasına xidmət edəcək.
PA rəsmisi qeyd edib ki, parlament seçkiləri ilə əlaqədar ödənişli təşviqata 40-a yaxın KİV cəlb edilib.
“Medai nümayəndələri seçkiləri obyektiv işıqlandırmalıdır”, – S.Yusifova əlavə edib.
©Report