Hər birimizin tanıdığı Pablo Pikasso XX əsrin özünəməxsus dahi şəxsiyyətlərindən biri hesab olunur. O həyatın bütün sınaqlarından – yoxsulluq və zənginlik, müharibə və sülh, qadın diqqəti və dünya məşhurluğundan keçib. 2009-cu ildə The Times jurnalı onu son 100 ilin ən yaxşı rəssamı elan etmişdi.
- Kəpənəklərin qanadları üzərindəki parıltını qorumaq istəyirsənsə onlara toxunma.
- Rəssamlıq – korların sənətidir. Rəssam gördüyünü deyil, hiss etdiyini çəkir.
- Yaş artdıqca küləyin sürəti də artır. Və o daim üzə vurur.
- Hər bir uşaq rəssamdır. Əsl çətinlik uşaqlıqdan çıxdıqdan sonra rəssam olaraq qala bilməkdir.
- Çəkmək üçün gözləri bağlamaq və oxumaq lazımdır.
- Mən pullara sahib kasıb kimi yaşamaq istərdim.
- İnsanlar arasında orijinaldan çox, sürət var.
- Sabaha yalnızca ölüm gələnə qədər görmək istəmədiyiniz işi təxirə salın.
- Bütün insanlar rəsm əsərini anlamağa çalışır. Nəyə görə onlar bunun əvəzində quşlaqın cəh-cəhini anlamağa çalışmırlar?!
- Hər zaman bacarmadığım işi görürəm. Belə edərək bunu öyrənə bilərəm.
- 40 yaş elə yaşdır ki, nəhayət ki, özünü gənc hiss etməyə başlayırsan. Lakin artıq çox gecdir.
- Əgər dünyada aşiq olacaq heç kim olmasaydı, qapı dəstəyinə aşiq olardım.
- Mənə muzey verin və mən onu dolduraram.