10 C
Baku
Thursday, December 12, 2024

Pablo Pikassonun 80 yaşlı qızının milyonlarla dollarlıq “fırıldağı”

Dünyanın ən nəhəng art-dilerlərindən biri və 5 art-qalereyaya sahib olan Larri Qaqosyan Pablo Pikassonun 1931-ci ilə aid  “Qadın büstü” (Mariya-Tereza) əsərinə sahib olmaq məsələsi üzərində Qətərin kral ailəsinin üzvləri ilə çəkişməli oldu.

Belə ki, hər iki tərəf bu sənət əsərini eyni satıcıdan – sənət əsərinin 80 yaşlı sahibi, Pablo Pikassonun qızı Mayi Vidmaer Pikassodan aldıqlarını iddia edirlər.

Məhkəmə prosesi zamanı belə məlum olur ki, dahi rəssamın qızı ilk olaraq Qətər şeyxinin agenti Casim bin Abduləziz Al-Tani ilə razılığa gəlib və 2014-cü ilin noyabr ayında Pelham Holdings şirkəti ilə 42 milyon dollarlıq müqavilə imzalayıb. Bu hadisədən yarım il sonra, 2015-ci ilin may ayında Larri Qaqosyan ilə analoji, lakin daha sərfəli olan müqaviləyə imza atır. Bu zaman o heykəltəraşlıq nümunəsini 105,8 milyon dollara təklif etmiş, daha sonradan isə onu adı açıqlanmayan amerikalı kolleksionerə satmışdır.

Mayi Vidmaer-Pikassonun nümayəndələri onun eyni əsəri nəyə görə 2 ayrı şəxsə satdığı ilə bağlı şərh verməkdən imtina etmişlər. Qətər kral ailəsi isə Pelham Holdings ilə bağlanan müqavilənin etibarlı olmadığını bildirən məktub alırlar. Belə ki, 80 yaşlı qadın “tibbi səbəblərdən” (onun əqli sağlamlığı şübhə altındadır) danışıqlarda tam hüquqlu tərəf kimi çıxış edə bilməzdi.

Larri Qaqosyanın sözlərinə görə isə, o artıq Vidmaer-Pikasso ailəsinə müqavilənin ümumi dəyərinin 75%-i olan 80 milyon dolları ödəyib. O iddia edir ki, ilk müqavilə heç bir gücə sahib deyildir və o dünya incəsənət bazarında ən səxavətli alıcılardan biri Qətər kral ailəsi ilə deyil, onların agenti ilə çəkişmədədir. O Pelham Holdings şirkətinin rəssamın qızında bu heykəli belə ucuz qiymətə (42 milyon dollar) almağa nail olduğu məsələsini şübhə altına qoyur.

Məhkəmə sənədlərinə əsasən, satıcının vəkili hələ 2015-ci ilin aprel ayında büstü kral ailəsinə satmaqdan imtina etdiyini elan etmişdi.

Son xəbərlər
Digər xəbərlər