9 C
Baku
Friday, December 13, 2024

Pablo Ruis Pikasso- ən bahalı rəssam

İspan mənşəəli Pablo Pikasso öz qeyri-adi işləri ilə öncə sadəcə olaraq hər kəsi heyrətləndirirdi, daha sonra isə XX əsrin bütün incəsənət dünyasına təsir etmişdi. O, kubizmin banisi olmuşdu. O, deyirdi ki, dünyanı gördüyü kimi deyil, təsəvvür etdiyiki təsvir edir. Bu daha da qiymətlidir, bu əsl yaradıcılıqdır. Onun işləri ən çox tələb olunan və bütün dünyada ən qiymətli əsərlər hesab edilir.

Pablo rəsm müəllimi Xose Ruisin oğu olub. Pablo uşaqlığından karandaşla aydın təsvirlər edirdi. İspaniyanın cənubunda, rəngarəng Malaqa kəndində həyat, təbiətin əlvan çalarları onun sənətinə öz damğasını vurmuşdu.

«Pikador» adlı yağ ilə çəkilmiş ilk əsərini Pablo 8 yaşında olanda çəkmişdi və burada o, öküzlərin döyüşünü təsvir etmişdi. Pablo heç vaxt bu əsərdən ayrılmırdı , əsərləri onun talismanına çevrilmişdir.

Pablo qara göz, dolu, impulsiv, həddindın artıq şöhrət pərəst və çox mövhumatçı idi.

Deyilənə görə, günlərin bir günü atası 1 yaşlı oğlundan göyərçinlər əks olmuş rəsmi onun yerinə bitirməsini xahiş edir. Pikasso o qədər əsərə ahudə olur ki, özü rəsm əsəri yaradır. Onun atası bunu görəndə heyrətdən donub qalır. O, uzun müddət özünə gələ bilməyib, sonra isə palitranı, boyaları oğluna verir və incəsənəti tərk edir.

1894-ci ildə onun ailəsi Barselonaya köçür. Burada Pablo incəsənət məktəbinə qəbul olur. O, öz işlərini anasının soyadı ilə imzalayır- Pikasso. 1897-ci ildə Madriddə o, San- Fernando akademiyasına qəbul olmaq üçün müsabiqədən keçir. Elə o zaman gənc Pikasso özünü əsl rəssam olaraq hiss edirdi.

Öz həmkarları, gənc rəssamlarla əlaqə saxlayaraq əsərlərini başqalarının əsərləri ilə müqayisə edərək o, öz əsərlərinin daha zəngin, çalarlı və maraqlı olduğunu görürdü.  Beləliklə o getdikcə digərlərindən seçilir  və əvəzolunmaz olduğunu düşünməyə başlayır. Lakin o, rəssamın şöhrətə doğru gedən yolunun çətin və uzun olduğunu başa düşürdü. Burada ona şöhrətpərəstlik hissi köməyinə çatır. O, həyatını öz ideyasına həsr etmişdi.

1900-ci ildə Pikasso öz dostları ilə birlikdə Parisə gedirlər. Orada istedadlı rəssamlarla  işləməyə və fransız dilini öyrənməyə başlayır. Bir ildən sonra o, məşhur kolleksiyacı Volların qalereyasında öz əsərlərini sərgiyə çıxardır.

Bu dövrdə onun dostunun intiharı Pabloya çox təsir etmişdi. Və onun sənətində mavi dövr yaşanır. Pikasso qəmgin rəsmlər yaratmağa başlayır. Bu əsərlərinqəhrəmanları isə səfillər, kor insanlar, əyyaşlar, fahişələr idilər.  Məsələn, «Oğlan uşağı ilə səfil» və s. Onun rəsmlərindəki uzadılmış fiqurlar ispaniyalı El Qrekonun tərzini xatırladırdılar. Lakin tədicən mavi dövr çəhrayı dövr ilə əvəz olunur. O məşhur ə «Hava şarı üzərində qız» əsərini yaradır.

1904-ci ildən etibarən Pikasso Monmartrda məskan salır və burada «Meymunla akrobatın ailəsi» əsəri üzərində işləməyə başlayır. 1907-ci ildə o, rəssam Jorj Brak ilə tanış olur. Qısa bir zamandan sonra onlar birlikdə naturalizmi tərk edirlər və yeni növ incəsənət icad edirlər- kubizm. Pikassonun əsərlərində həndəsi fiqurlar, naturmortların fraqmentləri və insana bənzəməyən üzlər əks olunmağa başlayır («Fernand Olivyenin portreti», «Xort de Ebronun fabrikası»).

Birici dünya müharibəsindən sonra Pikassonun əsərlərindən kubizm yoxa çıxmağa başlayır. O, rus baleti ilə əməkdaşlıq etməyə başlayır, dekorasiyalar və tamaşalar üçün kosytumlar edirdi. Bu zaman o, rus balerinası Olqa Xoxlova ilə tanış olur. Və onlar 1918-ci ildə ailə həyatı qururlar, 1921-ci ildə isə onların oğulları olur. Pikasso hələ də kubistik naturmotrlarını çəkirdi, lakin artıq əsərlərində cədvəllər yaratmağa başlayır.

İspaniyada vətəndaş müharibəsi zaman Pikasso respublikaçılara dəstək çıxırdı və 1937-ci ildə bir sıra akvatintlər yaradır «General Frankonun arzuları və yalanı». Alman və İtalyan aviasiyasının Gernika şəhərini bombalanmasından və insanların həlak olması, dağıntılardan sonra Pikasso bu faciənin bəddi abidəsini yaradır. Bu rəsm ilə o, görünməyən güc qarşısında öz qorxusunu əks etdirir və sanki xəbərdarlıq etmək istəyirdi ki, İspaniyadakı vətəndaş müharibəsi Avropaya da yayıla bilər.

Alman işğalı zaman o, Parisdə qalırdı və yaratmağa davam edirdi, faciənin və  faşist rejımi altında yaşamağın ümidsizliyin əks olunduğu portretlər, naturmortlar çəkirdi. O, müharibəyə, Hitlerə nifrət edirdi və 1944-cü ildə Fransız kommunist partiyasının üzvü olur. Lakin Pikasso ideoloji əsərlər yaratmır, partiyanın qanun və qaydalarına tabe olmurdu. Pikassonun “Sülh göyərçini” əsəri faşizmdən azad olmağın rəmzinə çevrilir.

Son illərdə Pikasso müxtəlif üslublarda əsərlər yaradırdı, impressionistləri təqlid edirdi. Ölümündən öncə o, ən çox Modilyananın əsərlərini sevdiyini etiraf etmişdi.

İncəsənətin tənqidçiləri qeyd edirdilər: “Onun yaradıcılığında hər şey eyni dərəcədə qiymətli deyil, lakin onun bütün əsərləri çox dəyərlidir”.

1947-ci ildə Pikasso sənətkarlıqla maraqlanmağa başlayır və öz əlləri ilə dekorativ qablar, boşqablar, saxsılar və heykəlciklər düzəldir. Lakin qısa bir zamandan sonra bezir və yenidən portretlər çəkməyə başlayır.

Son xəbərlər
Digər xəbərlər