11 C
Baku
Wednesday, December 11, 2024

“Pak Dad” cərimələndi

2022-ci il martın 10-da ölkə üzrə 298 ictimai iaşə obyektində 532 monitorinq keçirilib.

Banker.az bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir.

Monitorinqlər zamanı 3 müəssisədə pandemiya sahəsində qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub:

1. Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küç., ev 38 ünvanında yerləşən, fiziki şəxs Rəhimov Nicat Hətəm oğluna məxsus kafe;

2. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən, fiziki şəxs Abbasov Şahin Vəliyulla oğluna məxsus dönərxana;

3. Bakı şəhəri, Nərimanov rayonu, F. Xoyski küç., məh. 830-835 ünvanında yerləşən, fiziki şəxs Babaşov Şöhrət Adışirin oğluna məxsus “Pak Dad” restoranı.

AQTA-dan bildirilir ki, aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Son xəbərlər
Digər xəbərlər