Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya sahəsində müvafiq qanunvericiliyin icrasına nəzarət məqsədilə 2022-ci il yanvarın 25-də ölkə üzrə 438 ictimai iaşə obyektində 793 monitorinq keçirilib. Banker.az AQTA-ya istinadən xəbər verir ki, monitorinqlər zamanı 6 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Səbail rayonu, Xəqani küç., ev 26/32 ünvanında yerləşən, fiziki şəxs Əzimov Murad Rüfət oğluna məxsus “Our Kebab Shop” restoranı;
2. Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən, fiziki şəxs Xıdırov Tural Mürsəl oğluna məxsus “Dəfnə” kafesi;
3. İsmayıllı şəhəri, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Məmmədov Vasif Rahib oğluna məxsus “Qoşa samovar” çay evi;
4. Bakı şəhəri, Nəsimi rayonu, Nizami küç., ev 81/13, m.3 ünvanında yerləşən, hüquqi şəxs “Şahzelı Group” MMC-yə məxsus “Pak Dad” restoranı;
5. Quba rayonu, Timiryazev kəndində yerləşən, fiziki şəxs Abdullayev Elşad Zöhrab oğluna məxsus “Şişa klub” kafesi;
6. Quba rayonu, H. Əliyev pr., ev 213 ünvanında yerləşən, fiziki şəxs Əlirzayev Alim Akif oğluna məxsus “İmperial” restoranı.