Pakistan hakimiyyəti bitkoinlərdə (BTC) milli strateji ehtiyat yaratmaq qərarına gəlib. “CoinDesk” xəbər verir ki, bu barədə Las-Veqasda keçirilən “Bitcoin 2025” konfransında Pakistan Kriptovalyuta Şurasının rəhbəri Bilal bin Sakib bildirib.
Pakistan nümayəndəsi çıxışı zamanı qeyd edib ki, onun ölkəsi dünyada çoxları tərəfindən yanlış qəbul edilir. Bununla belə, məmurlar milli imicini, o cümlədən kriptovalyutalar sahəsində qərarlar qəbul etməklə yaxşılaşdırmağa ümid edirlər.
“Bu gün tarixi bir gündür. Mən elan edirəm ki, Pakistan hökuməti milli strateji bitkoin ehtiyatı yaradır. Biz ABŞ-yə təşəkkür etmək istəyirik, çünki onların nümunəsindən ilham almışıq”, – mesajda deyilir.
Bu həftənin əvvəlində ölkə hakimiyyəti 2000 MVt elektrik enerjisini mədənçıxarma sahəsinə yönəltmək niyyətində olduqlarını açıqlayıb.