“Pakistan Beynəlxalq Hava Yolları” (PIA) aviaşirkəti Bakı-İslamabad reysi həyata keçirməyi planlaşdırır.
Pakistanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verilir ki, uçuş iyulun 29-da baş tutmalıdır.
“Biletlər PIA-nın bütün ofislərində satışa çıxarılacaq və növbəlilliik prinsipi əsasında satılacaq. Azərbaycandakı Pakistan vətəndaşları PIA-nın saytını və səfirliyin “Facebook” səhifəsini izləməlidirlər”, – diplomatik nümayəndəlikdən bildiriblər.