27 C
Baku
Saturday, July 27, 2024

Pakistan Azərbaycanı energetika və kənd təsərrüfatı sahələrinə investisiya qoymağa dəvət edib

“Pakistan və Azərbaycan qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığın genişləndirilməsində maraqlıdır”.

Bu barədə Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə ilə Xayber Paxtunxva vilayətinin assambleya sədri Müştaq Əhməd Qəni arasındakı görüş zamanı bildirilib.

Belə ki, assambleya sədri Azərbaycanı Pakistanın energetika və kənd təsərrüfatı sahələrinə investisiya qoymağa dəvət edib. O deyib ki, Azərbaycanın zəngin karbohidrogen ehtiyatları var və Pakistan hökuməti bu sahədə ölkənin təcrübəsini öyrənməkdə maraqlıdır.

Səfir Ə.Əlizadə Dağlıq Qarabağ münaqişəsində Azərbaycana verdiyi dəstəyə görə Pakistan hökumətinə minnətdarlığını bildirib.

M.Ə.Qəni Kəşmir məsələsində Azərbaycanın mövqeyini və dəstəyini yüksək qiymətləndirib.

©Report

Son xəbərlər
Digər xəbərlər