12 C
Baku
Saturday, November 23, 2024

Pakistan Azərbaycandan karbamid ixracında maraqlıdır

Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın baş naziri Şahbaz Şərif Astanada enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüş zamanı liderlər enerji sahəsində ikitərəfli əməkdaşlıqla bağlı müzakirələrin tezləşdirilməsi barədə razılığa gəliblər, həmçinin Azərbaycandan Pakistana karbamid ixracı məsələsini müzakirə ediblər.

“Baş nazir ötən ay Bakıda səfərdə olmuş neft məsələləri üzrə dövlət nazirini Azərbaycan ilə Pakistan arasında ikitərəfli enerji əməkdaşlığı üzrə koordinator təyin edib”, – deyə məlumatda vurğulanır.

Görüş oktyabrın 13-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısı çərçivəsində baş tutub.

Son xəbərlər
Digər xəbərlər