35 C
Baku
Thursday, June 20, 2024

Pakistan bankı Azərbaycanda zərər açıqladı – Gəlirləri azalıb, kredit portfeli kiçilib

Pakistan Milli Bankının Bakı filialı 2020-ci ilin ikinci rübünü 233 min manat zərərlə başa vurub. Ötən ilin müvafiq dövründə isə bankın zərəri 252 min manat olub. Beləliklə, Pakistan Milli Bankının zərəri 8% azalıb.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Cari ilin 6 ayında Pakistan Milli Bankının gəlirləri 186 min manatdan 169 min manata, xərcləri isə 428 min manatdan 404 min manata düşüb.

Pakistan Milli Bankının aktivləri 10 milyon 825 milyon manat olub ki, bu da 2019-cu ilin analoji dövrüylə müqayisədə 5,2% artması deməkdir. Aktivlərinin 893 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli 18% azalıb.

Bu ilin iyulun 1-nə bankın cəmi öhdəlikləri 3,2 dəfə artaraq 1 milyon 313 min manat, depozit portfeli 3,3 dəfə artaraq 1 milyon 237 min manat, cəmi kapitalı isə 4% azalaraq 9 milyon 511 min manat olub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər