6 C
Baku
Cümə axşamı, Yanvar 27, 2022

Pakistan bankı Azərbaycanın kredit bazarına daxil olur

Səhmləri Pakistan bankına məxsus olan “MCB Lizinq” QSC bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsinə aydınlıq gətirib.

Şirkətdən verilən açıqlamada deyilir ki, Cəmiyyət fəaliyyətə başladığı dövrdən etibarən Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda rəqabətə davamlı, yerli istehsalı gücləndirən, yeni iş yerlərinin yaradılmasına imkan verən və idxal məhsullarının əvəzlənməsini təmin edən sahələrdəki kiçik və orta sahibkarlara geniş həcmli maliyyə lizinqi məhsulları təqdim edib.

“Bu müddət ərzində yerli sahibkarlara ümumi dəyəri 40 mln. manatdan çox olan biznes təyinatlı lizinq obyektləri – istehsal, emal, kənd təsərrüfatı, səhiyyə, nəqliyyat, ticarət, yeyinti sənayesi və s. avadanlıqları lizinqə verilib və lizinq portfelinin şaxələndirilməsi təmin olunub.

Cəmiyyət artıq BOKT kimi dövlət qeydiyyatına alınıb və lizinq fəaliyyəti ilə bərabər kredit verilməsi üçün lisenziyanın alınması məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etməyi planlaşdırırıq. Müvafiq lisenziya alındıqdan sonra maliyyə qurumu lizinq və kredit bazarında geniş çeşidli maliyyə məhsulları təklif etməklə yerli sahibkarlara öz biznes fəaliyyətlərini genişləndirməyə kömək edəcək. Əsas hədəfimiz iqtisadiyyatın qeyri-neft sektorunda fəaliyyət göstərən, ölkənin ixrac həcmini artıran və yeni iş yerləri yaradan sahibkarlardır.

“MCB BOKT” QSC öz fəaliyyətini gələcəkdə Azərbaycanın regionlarında genişləndirməyi və bu fəaliyyətin dəstəklənməsi məqsədilə filial və satış şöbələrinin açılmasını da planlaşdırır. Cəmiyyət şəffaf və etibarlı maliyyə təşkilatı olaraq yüksək keyfiyyətli müştəri xidməti və müştərilərimizin maliyyə ehtiyaclarına fərdi yanaşmaqla uzunmüddətli əlaqələr yaratmağa səy göstərəcək”, – deyə Report Agentliyinə açıqlamada qeyd olunub. 

Qeyd edək ki, “MCB Bank Limited”  — Pakistanda fond birjasında qeydiyyata alınmış açıq səhmdar cəmiyyəti, “MCB Lizinq” QSC-nin buraxılmış nizamnamə kapitalının 99.94%-nə sahibdir və Şirkətin əsas təsisçisidir.

Son xəbərlər
Oxşar xəbərlər