3 C
Baku
Saturday, December 14, 2024

Pakistan bankının Azərbaycandakı törəmə BOKT-nun rəhbərliyinə təyinat

Pakistan “MCB” bankının Azərbaycandakı törəmə kredit təşkilatının İdarə Heyətinin üzvü və baş mühasibi dəyişib.

Banker.az-ın əldə etdiyi məlumata görə, “MCB Bank Olmayan Kredit Təşkila” QSC-nin səhmdarlarının qərarı ilə, Aslanov Sabir Mirzə oğlu İdarə Heyətinin üzvü təyin edilib.

Sabir Aslanov 2010-cu ildən BOKT-da satış departamentinə rəhbərlik edirdi.

Səhmdarların qərarı ilə o, bu vəzifədə Kərimov Elşən Ülfət oğlunu əvəz edib. Elşən Kərimov həmçinin BOKT-un baş mühasibi idi. Bundan sonra baş mühasib kimi Süleymanov Rəsul Nazim oğlu təyin edilib.

Xatırladaq ki, MCB 2009-cu ildən fəaliyyət göstərən eyni adlı lizinq şirkətinin bazasında 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 4.2 milyon manatdır. BOKT-nin səhmdarları 99.94%-lik payla Pakistanın “MCB Bank”ı və 0.06%-lik payla İdarə Heyətinin sədri Rəmal Cəfər oğlu Cəfərovdur. BOKT 12 noyabr 2021-ci il tarixdə Azərbaycan Mərkəzi Bankından lisenziya əldə edib.

 

Son xəbərlər
Digər xəbərlər