Pakistan bir milyona yaxın əfqanıstanlını ölkədən çıxarır

Pakistan hökuməti deportasiyanın ikinci mərhələsi çərçivəsində bir milyona yaxın əfqanıstanlını öz ölkəsinə geri qaytaracaq.

Artıq İslamabad yerli hakimiyyət orqanlarına və hüquq-mühafizə orqanlarına prosesi yekunlaşdırmağı tapşırıb.

Əfqanıstanlıların repatriasiyasına cari ilin yay aylarında başlanılacaq.

Xatırladaq ki, Pakistan hələ 2023-cü ilin noyabrından sənədi olmayan əcnəbiləri ölkədən deportasiya etməyə başlayıb. Müxtəlif hesablamalara görə, bu müddət ərzində 800 mindən çox Əfqanıstan vətəndaşı Pakistanı tərk edib.

Son xəbərlər
Digər xəbərlər