24 C
Baku
Friday, June 28, 2024

Pakistan genişmiqyaslı antiterror kampaniyasına başladığını elan edib

Pakistanın Baş naziri Şahbaz Şərif ölkəsinin genişmiqyaslı antiterror kampaniyasının başlatdığını təsdiqləyib.

Bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

 

“Baş nazir Azm-e-İstehkam (Qətiyyətlilik və sabitlik) əməliyyatına başlamaqla yenilənmiş və gücləndirilmiş milli antiterror kampaniyasını təsdiqləyib”, – məlumatda deyilir

Bildirilib ki, bu əməliyyat müxtəlif antiterror proqramlarını vahid nəzarət və koordinasiya altına almağa imkan verəcək.

Ekstremistlərə qarşı mübarizədə qonşu ölkələrlə koordinasiya üçün diplomatik səylər gücləndiriləcək.

Müntəzəm olaraq antiterror əməliyyatları keçirən hərbi qulluqçular bütün hüquq-mühafizə orqanlarının tam dəstəyini alacaqlar.

Son xəbərlər
Digər xəbərlər