Pakistan hökuməti Hindistana qatar reyslərini dayandırır

0

Pakistan hökuməti Hindistanın Cəmmu və Kəşmir ştatı ətrafındakı hadisələrlə bağlı bu ölkəyə qatar səfərlərini dayandırır.

Report agentliyi AP-yə istinadən xəbər verir ki, Pakistan dəmir yolları naziri Şeyx Rəşid Əhməd bu gündən etibarən Lahorla Nyu Dehli arasında işləyən “dostluq ekspressi”ni dayandırdıqlarını açıqlayıb. Nazir iki ölkə arasında müharibə istəməsələr də, yaxın 3-4 ay ərzində belə bir hadisənin mümkünlüyünü dilə gətirib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Qeyd edilir ki, ötən gün Pakistan hökuməti Hindistanla diplomatik əlaqələri və ticarət əməliyyatlarını dayandırıb.