Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin artırılmasına töhfə verə biləcək müxtəlif sənaye bölgələrində olub.
Pakistanın nüfuzlu şirkətlərindən olan “Sardar Group Company”nin rəhbəri, eləcə də İslamabad Sənaye və Ticarət Palatasının keçmiş prezidenti Sərdar Yasir İlyas Xanın təşkilatçılığı ilə reallaşan ziyarət zamanı X.Fərhadov bu ölkənin yeyinti, əczaçılıq və informasiya texnologiyaları sahəsində ixtisaslaşmış zavod və fabriklərində iş proseslərini izləyib.
Səfər zamanı ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə olunub, iqtisadi əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb, eləcə də pakistanlı iş adamlarından ibarət heyətin ölkəmizə səfərinin təşkil olunacağı diqqətə çatdırılıb.