29 C
Baku
Thursday, May 29, 2025

Pakistan kapitallı “MCB BOKT” keçən il ₼1.7 mln. xalis mənfəət əldə edib

Pakistan kapitallı “MCB Bank Olmayan Kredit Təşkilatı” QSC 2024-cü ildə 1.67 milyon manata çatıb. Halbuki, xalis mənfəət 2023-cü ildəki 1.1 milyon manatla müqayisədə 52 faiz artımdır.

Banker.az xəbər verir ki, xalis faiz gəliri illik əsasda 37 faiz artaraq 3.04 milyon manat təşkil edib. Faiz gəliri 5.16 milyon manat olduğu halda, faiz xərcləri 2.12 milyon manat təşkil edib.

BOKT-nin müştərilərə verilmiş kreditlərin həcmi 2023-cü ildəki 3.38 milyon manatdan 2024-cü ildə 9.1 milyon manata yüksəlib. Bu, illik müqayisədə 169 faiz artım deməkdir. Əsas artım korporativ kreditlər hesabına olub – bu kateqoriyada verilmiş kreditlərin məbləği 7.16 milyon manata çatıb. Bildirək ki, bu öncəki ildə 2.59 milyon manat idi.

Beləliklə, “MCB BOKT”nin cəmi aktivlərin həcmi 2024-cü ildə 34.08 milyon manata yüksəlib. Bu isə illik 37 faiz artım deməkdir.

Kreditləşmədəki genişlənmə ilə əlaqədar borc vəsaitləri də artaraq 24.05 milyon manata çatıb. Bu, öncəki ildə cəmi 17.36 milyon manat olmuşdu.Kapitalın həcmi isə 2024-cü ilin sonuna 8.67 milyon manat təşkil edib.

Xatırladaq ki, “MCB” 2009-cu ilin oktyabr ayında lizinq şirkəti kimi yaradılıb, 2019-cu ilin aprel ayında isə BOKT-a çevrilib, 2021-ci ilin noyabrında lisenziya əldə edib. Onun nizamnamə kapitalı 4 283 675 manatdır. BOKT-un səhmdarları 99.94%-lik payla Pakistanın “MCB Bank”ı və 0.06%-lik payla İdarə Heyətinin sədri Rəmal Cəfər oğlu Cəfərovdur.3534534

Son xəbərlər
Digər xəbərlər