21 C
Baku
Friday, April 26, 2024

Pakistan Mərkəzi Bankı ölkədə kriptovalyutanın qadağan olunmasını tövsiyə edib

Pakistanın dövlət bankı hökumətə ölkədə kriptovalyutanın və onun dövriyyəsi ilə bağlı fəaliyyətin qadağan olunmasını tövsiyə edib.

Mərkəzi Bankın mövqeyinə görə, kriptovalyutanın qanunsuz ticarətinin qarşısını almaq üçün onun Pakistanda istifadəsinə qadağa qoyulmalı, “Binance” və “OctaFx” kriptovalyuta birjalarının əməliyyatları bloklanmalıdır.

“Ölkədə valyuta ehtiyatlarının tükənməsi və xaricə nəzarətsiz pul köçürmələri təhlükəsi səbəbindən kriptovalyutadan istifadənin riskləri faydalarından qat-qat çoxdur”, – nəşr Pakistan dövlət bankının bəyanatından belə bir sitat gətirib.

Bir müddət öncə Ali məhkəmə maliyyə və ədliyyə nazirliklərinə maliyyə tənzimləyicisinin müraciətini nəzərdən keçirməyi və aprel ayında kriptovalyutanın Pakistanda qanuni şəkildə dövriyyəyə buraxılması imkanları barədə rəy verməyi tapşırıb.

Ötən həftə Pakistanın Federal Təhqiqatlar Agentliyi ölkədə 17,85 milyard rupi (100 milyon dollardan çox) dəyərində kriptovalyuta saxtakarlığı əməliyyatları aşkar edib və bu barədə dünyanın ən böyük kriptovalyuta birjası olan “Binance” kompaniyasının yerli şöbəsinə bildiriş göndərib.

MənbəAzərtac
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər