9 C
Baku
Friday, December 13, 2024

Pakistan Milli Bankının Bakı Filialı 20 gün müddətində tələbləri qeydə alacaq

Pakistan Milli Bankının Azərbaycan Respublikasının Bakı şəhərində filialının ləğv edilməsi ilə bağlı kreditorlara bildiriş verilib.

Pakistan Milli Bankının Baş ofisinin Karaçi şəhərində yerləşən səlahiyyətli orqanı tərəfindən Pakistan Milli Bankının Azərbaycan Respublikasının Bakı şəhərində filialının könüllü ləğv edilməsi barədə müraciəti nəzərə alınmaqla, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 11 oktyabr 2022-ci il tarixli qərarı ilə Pakistan Milli Bankının Bakı filialına verilmiş 30 iyun 2005-ci il tarixli 248 nömrəli bank lisenziyası ləğv edilmişdir.

Pakistan Milli Bankının Bakı filialının kreditorlarından xahiş olunur ki, 20 təqvim günü müddətində tələblərinin qeydə alınması üçün filialın yerləşdiyi AZ1025, Bakı şəhəri, 8 Noyabr prospekti 9A nömrəli ünvana iş günləri saat 10.00-dan 17.00-a kimi müraciət etsinlər.

Son xəbərlər
Digər xəbərlər