Pakistan Milli Bankının Bakı filialı binalarının satışını elan edir və maraqlı tərəfləri tender təkliflərinə çağırır.
Banker.az xəbər verir ki, bankın əmlakları Sumqayıt və Bakı şəhərində yerləşir.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 11 oktyabr 2022-ci il tarixli Qərarı ilə Pakistan Milli Bankının Bakı Filialına verilmiş 30 iyun 2005-ci il tarixli 248 nömrəli bank lisenziyası ləğv edilib.