8 C
Baku
Monday, November 18, 2024

Pakistan Milli Bankının Bakı filialı dövlət qurumunu məhkəməyə verib

Pakistan Milli Bankının Bakı Filialı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidmətini məhkəməyə verib.

APA-nın məlumatına görə, bank xidmətin 23 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyinin 25 noyabr 2015-ci il tarixli, 003033 saylı qərarının ləğv edilməsi barədə iddia ərizəsi ilə Xətai rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib.

Həmin qərarla razılaşmayan bankın baş meneceri Asim Nazir isə apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Hazırda məhkəmədə şikayətə baxılır.

Son xəbərlər
Digər xəbərlər