7 C
Baku
Thursday, December 12, 2024

Pakistan Milli Bankının Bakı Filialı ‘ləğv olunma’ xəbərinə rəsmi münasibət bildirib

Pakistan Milli Bankının (NBP) Bakı Filialı ləğv olunmasını bu gün üçün etibarlı olmadığını deyir.

Bu barədə Banker.az-a Bank filialının göndərdiyi məktubda bildirilir.

“Bütün hörmətli müştərilərimizə, daxili və xarici səhmdarlarımıza bildiririk ki, NBP Bakı Filialının ləğvi ilə bağlı xəbərlər rəsmi deyil və beləliklə bu gün etibarlı hesab edilmir”– deyə, filial rəhbərliyi bildirir.

Qeyd edək ki, 3 iyun taraixində bəzi media qurumlar bankın baş ofisinə bununla bağlı sorğu göndərmişdi və onlara bildirilmişdi ki, Bakı filialını ləğv etmək qərarı verilib.

İndi filial rəhbərliyi deyir ki, biz NBP Bakı Filialının göstərdiyi bütün xidmətlər və məhsullarla tam fəaliyyət göstərdiyini bir daha təsdiq edirik.

Bank Almatı və Düşənbədə yerləşən iki törəmə müəssisəsi ilə yanaşı, Bakı, Bişkek və Aşqabadda yerləşən 3 filialın bağlanmasına da qərar verib. Bununla bağlı Pakistan Milli Bankının rəhbərliyi Pakistanın Maliyyə Nazirliyi və Dövlət Bankından lazımi icazələrin alınması üçün müraciət edib.

Bundan əlavə, Əfqanıstan və Banqladeşdəki ölkə əməliyyatlarının müvafiq olaraq Kabil və Dəkkədə yerləşən hər ölkə üzrə yalnız bir filialla məhdudlaşdırılması qərara alınıb.

Pakistan Milli Bankı İdarə Heyəti bundan əvvəl 2022-ci ilin yanvarın 17-də Paris filialının bağlanmasını təsdiqləmişdi.

Məsələ ilə bağlı Pakistan Milli Bankının Bakı Filialından agentliyə bildirilmişdi ki, Filialın bağlanması ilə bağlı hələlik hər hansı bir qərar verilməyib. Bununla belə, hazırda bank əməliyyatları dayandırılıb.

Xatırladaq ki, Pakistan Milli Bankının Bakı filialı 1996-cı ildən fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər