16 C
Baku
Monday, May 6, 2024

Pakistan Milli Bankının Bakı Filialına könüllü ləğvedici təyin edilib

Azərbaycan qanunvericiliyinə və Pakistan Milli Bankının qərarına uyğun olaraq, Pakistan Milli Bankının Bakı Filialına könüllü ləğvi müvafiq qaydada təsdiq edilmiş ləğv planına əsasən həyata keçiriləcək.

Bu barədə Banker.az-a Bankın Bakı Filialından bildirilib. Məlumata görə, bu məqsədlə, Filialın Baş Meneceri Sheikh Ahtsham Ahmed Filialın ləğvedicisi təyin olunub. Bildirilib ki, Filialın likvid aktivləri hesabat tarixinə 6.7 mln. manat olmaqla, cəmi öhdəliklərin icrasına tam imkan verir.

“Filialın fəaliyyət dövrü ərzində ona hərtərəfli dəstək göstərmiş Azərbaycan Respublikasının Mərkəzi Bankına və digər dövlət qurumlarına öz dərin təşəkkürümüzü bildiririk”,-deyə Filialın rəsmi elanında əlavə edilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər