13 C
Baku
Tuesday, May 7, 2024

Pakistan Milli Bankının filialı bütün müştəri depozitlərinin qaytarıldığını bildirib

Ləğvetmə prosesində olan Pakistan Milli Bankının Bakı filialı bütün müştərilərin depozitlər üzrə öhdəliyini yerinə yetirib.

Bunu filialın baş menecerinin müavini Sahib Quliyev deyib. O bildirib ki, müştərilərin bankda olan 0.5 milyon manat həcmində əmanətləri artıq geri qaytarılıb.

S.Quliyev qeyd edib ki, Azərbaycan Mərkəzi Bankının dəstəyi ilə bankın ləğvetmə prosesi qaydalara uyğun olaraq davam etdirilir. Hazırda əsas məsələlərdən biri bankın problemli kreditlərinin geri qaytarılmasının təmin edilməsidir:

“Filialın problemli kreditlərinin həcmi 767 min manat təşkil edib. Bu da 14-15 müştəri ilə bağlıdır. Kreditlərin geri qaytarılması ilə bağlı onlarla görüş keçirib, vəziyyəti izah edirik. Ödəniş edə bilməyən müştərilərə müddəti artırırıq. Öhdəliyini yerinə yetirmək istəməyən müştərilərin isə girov əmlaklarını hərraca çıxaracağıq. Məsələn, İranın yuyucu toz istehsalı ilə məşğul olan şirkətinə aid torpaq sahəsini hərraca çıxarmağı planlaşdırırıq”.

S.Quliyev həmçinin əlavə edib ki, Filialın problemli kreditləri ilə bağlı portfeli satışa çıxarıla bilər:”Portfel satışa çıxarıla bilər. Amma bu məsələlərlə bağlı qərar Bankın mərkəzi ofisindən verilir”.

Xatırladaq ki, Pakistan Milli Bankının Bakı filialı 1996-cı ildən fəaliyyət göstərib. Bu il oktyabrın 13-də Bankın könüllü müraciəti əsasında Azərbaycan Mərkəzi Bankı Filialın lisenziyasını ləğv edib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər