Pakistan Milli Assambleyasının (parlament) sədri Əsəd Qayser yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
“Reuters”in verdiyi xəbərə görə, bu barədə Ə. Qayser özü bildirib.
“Mənim koronavirus testimin nəticəsi müsbət çıxıb. Hazırda evdə özümü təcrid etmişəm”, – deyə o vurğulayıb.
Qeyd edək ki, Pakistan Milli Assambleyasının sədri bu həftənin əvvəlində Baş Nazir İmran Xan və digər hökumət nümayəndələri ilə görüşlər keçirib.
Xatırladaq ki, Pakistanda indiyədək 16 817 nəfər COVID-19-a yoluxub, 385 nəfər vəfat edib.