Pakistan Senatının sədri Seyid Yusuf Rza Gilani ölkəsinin Qarabağa investisiya qoymağa hazır olduğunu bildirib.
Senat sədri Azərbaycanla Pakistan arasında bir sıra iqtisadi məsələlərin müzakirə edilərək razılaşdırıldığını vurğulayıb:
“Sonuncu dəfə Azərbaycana gələndə cənab Prezidentlə də görüşdüm və biz iqtisadi, eləcə də inkişaf yönümlü sahələrlə bağlı bəzi məsələləri müzakirə etdik, həmin məsələlər razılaşdırıldı. Daha sonra Baş nazirimiz Azərbaycana gələndə bir sıra sənədlər imzalandı. Yəni münasibətləri inkişaf etdiririk, iqtisadi-ticari əlaqələrimiz yüksək səviyyədədir. Şübhəsiz, biz Qarabağa da investisiya qoymağa hazırıq”.






