9 C
Baku
Friday, March 1, 2024

Pakistan Rusiya ilə xam neftin idxalına dair danışıqlar aparacaq

Pakistan gələn ay Rusiya ilə xam neftin idxalına dair uzunmüddətli saziş üzrə danışıqlar aparacaq.

Bu barədə “News” qəzeti məlumat yayıb.

Qeyd edilir ki, Pakistanın Energetika Nazirliyinin nümayəndə heyəti Rusiya Federasiyasından neft tədarükünü müzakirə etmək üçün oktyabrın 10-da bu ölkəyə üçgünlük səfər etməyi planlaşdırır.

Ölkə enerji mənbələrini diversifikasiya etməyə və neft məhsullarının yüksək qiymətlərinin öhdəsindən gəlməyə çalışır.

Nəşr bildirib ki, yüksək səviyyəli nümayəndə heyəti oktyabrın 10-dan 12-dək Rusiyada keçiriləcək enerji konfransında iştirak edəcək və enerji əməkdaşlığını müzakirəsi üçün bu ölkənin rəsmiləri ilə görüşəcək. Onların sözlərinə görə, nümayəndə heyəti Rusiya xam neftinin və mayeləşdirilmiş təbii qazın uzunmüddətli tədarükü, həmçinin Şimal-Cənub qaz kəməri layihəsini müzakirə etməyi planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər