7 C
Baku
Thursday, December 5, 2024

Pakistan Rusiyadan xam neft idxalına başlaya bilər

Pakistan gələn ilin əvvəlində Rusiyanın təklifi əsasında ölkənin xam neftini güzəştli tariflə idxal etməyə başlaya bilər.

Pakistanın energetika naziri Sərdar Avais Xan Leqari Moskvada Rusiyanın nəqliyyat naziri Roman Starovoyt da daxil olmaqla, dövlət rəsmiləri ilə keçirilən görüşdə bununla bağlı bir sıra məsələləri müzakirə edib.

Bundan əlavə, hər iki tərəf nəqliyyat sektorunda, o cümlədən avtomobil, dəmir yolu və hava sahələrində bütün ikitərəfli əməkdaşlıq layihələrini nəzərdən keçirib.

Qeyd edək ki, tarixdə ilk Pakistan-Rusiya Ticarət Forumu 2024-cü ilin sentyabrında keçirilib və nəticədə iki ölkə arasında Barter Ticarət Sazişi imzalanıb.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər