Pakistan Ukraynaya 159 konteyner döyüş sursatı və partlayıcı maddələr tədarük edəcək.
Bu barədə “The Economic Times” məlumat yayıb.
Bildirilib ki, Pakistanın “Project Shipping” gəmiçilik və broker şirkəti yanvarın ikinci yarısında Kəraçi limanından Polşanın Qdansk limanına Ukrayna üçün nəzərdə tutulan 159 konteyner sursat göndərməyi planlaşdırır.
Nəşr qeyd edib ki, bunun müqabilində Ukrayna Pakistana “Mi-17” hərbi-nəqliyyat helikopterləri parkının modernləşdirilməsində kömək edə bilər.