Pakistan və Hindistan vətəndaşlarının rəhbərliyi ilə eyni ünvanda və eyni nizamnamə kapitalına malik iki şirkət təsis ediblər.
Banker.az xəbər verir ki, Pakistan İslam Respublikası vətəndaşı Naqvi Syed Masood Hussainin rəhbəri olduğu “Farah and Masood” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilib.
Hindistan Respublikası vətəndaşı Singhal Ravı Prakash-ın rəhbəri olduğu “Neu Delhı” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilib.
Hər iki şəxs Bakı şəhəri Xətai rayonu, 8 Noyabr ev.15, Azure Business Center, ofis 137-də dövlət qeydiyyatına alınıblar.
Hər iki şirkətin nizamnamə kapitalı 50 000 manatdır.