10 C
Baku
Thursday, December 12, 2024

Pakistan XİN-ə müvəqqəti rəhbər təyin edilib

Pakistanın ABŞ-dakı keçmiş səfiri Cəlil Abbas Cilani ölkənin müvəqqəti xarici işlər naziri təyin edilib.

Bu barədə “Business Recorder” qəzeti Pakistanın İnformasiya Nazirliyinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Pakistan Dövlət Bankının keçmiş rəhbəri Şəmşad Axtar müvəqqəti maliyyə və gəlirlər naziri təyin olunub.

Bundan əvvəl İslamabaddakı prezident sarayında Pakistanın müvəqqəti nazirlər kabinetinin andiçmə mərasimi keçirilib. Müvəqqəti hökumət üzvlərinin andını prezident Arif Alvi qəbul edib.

Son xəbərlər
Digər xəbərlər