Pakistanda Azərbaycan Ticarət Evi açılacaq

“Azərbaycanla Pakistan arasında həm siyasi, həm də iqtisadi əlaqələr mövcuddur. Yeni yaradılan Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) bu əlaqələrin inkişafında rolu böyük olacaq”.

Bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib.

O, tezliklə Pakistanda Azərbaycan Ticarət Evinin açılacağını da qeyd edib. Nazir müavini həmçinin ötən il iki ölkə arasında imzalanmış ikiqat vergiturmanın aradan qaldırılması ilə bağlı sazişdən danışıb, pakistanlı sahibkarları Azərbaycana investisiya qoymağa dəvət edib.

“PAKAZCHAM-ın bu prosesə töhfə verəcəyinə inanırıq”, – deyə o, qeyd edib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.