14 C
Baku
Thursday, November 21, 2024

Pakistanda tikiləcək yeni neft emalı zavodunun ilkin pay sahibi müəyyənləşib

Səudiyyə Ərəbistanı Pakistanın Qvadari şəhərində inşa ediləcək neft emalı zavodu layihəsində 30 % paya sahib olacaq.

Qeyd edək ki, Pakistan Səudiyyə Ərəbistanının dəstəyi ilə Qvadari şəhərində 10-12 milyard ABŞ dolları dəyərində neft emalı zavodunun tikintisinə başlamaq istəyir. Zavodun ildə 8 milyon ton dizel yanacağı, 6 milyon ton benzin istehsalı ilə gündəlik 300 min barel neft emal edəcəyi planlaşdırılır.

Layihə çərçivəsində Pakistanın dörd dövlət enerji şirkəti Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” ilə Anlaşma Memorandumu (MOU) imzalayıb.

Sözügedən layihədə iştirak üçün Azərbaycan da danışıqlar aparır. Bəlucistan regionunda yerləşən strateji Qvadar limanındakı layihənin iştirakçısı olmaq üçün Çin də maraq göstərir.

Son xəbərlər
Digər xəbərlər