10 C
Baku
Friday, October 25, 2024

Pakistanda yeni baş nazir seçkiləri aprelin 11-də keçiriləcək

Pakistan parlamenti aprelin 11-də ölkənin yeni baş nazirinin seçilməsi üçün səsvermə keçirəcək.

Bu barədə “Dawn” nəşri spiker səlahiyyətlərini icra edən Ayaz Sadiqə istinadən yazır.

Qeyd edək ki, Pakistan Milli Assambleyası baş nazir İmran Xana etimadsızlıq göstərib. Parlamentin aşağı palatasının üzvlərinin əksəriyyətini təşkil edən etimadsızlıq səsverməsinə 174 deputat səs verib. Parlamentə etimadsızlıq səsverməsi nəticəsində İmran Xanın hökuməti istefaya gedib.

İmran Xan Pakistanda etimadsızlıq səsverməsi ilə vəzifəsindən uzaqlaşdırılan ilk Baş nazir olub.

Pakistanda siyasi böhran aprelin 3-də müxalifətin 2018-ci ildə hakimiyyətə gələn Xanı ölkənin iqtisadi vəziyyətini yaxşılaşdıra bilməməkdə, həmçinin korrupsiyada ittiham edərək, baş nazirə etimadsızlıq səsverməsi elan etmək cəhdi ilə başlayıb.

 

 

Son xəbərlər
Digər xəbərlər