27 C
Baku
Wednesday, July 24, 2024

Pakistandan Azərbaycana düyü ixracı 10 dəfə arta bilər

Azərbaycan hökumətinin Pakistandan düyü idxalını gömrük rüsumundan azad etməsi Pakistan düyüsünün Azərbaycana ixracını 10 dəfə artıra bilər.

Bunu Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) prezidenti Xurram Javaid Bhattin Pakistan Düyü İxracatçıları Assosiasiyasının Azərbaycana biznes missiyası çərçivəsində keçirilən tədbirdə bildirib.

“Hökumətin məlum qərarı iki ölkənin ticarət dövriyyəsini artıracaq. Belə bir tədbir bu ilin martnda da keçirilmişdi. Bu gün keçirilən tədbirdən sonra ikitərəfli görüşlər olacaq, tərəflərin müqavilələr imzalamasına, anlaşmasına imkan yaradacaq”, – deyə o qeyd edib.

“Pakistanın düyü ixracatçıları təkcə Azərbaycan bazarını deyil, həm də 300 milyon əhalisi olan Mərkəzi Asiya ölkələrinin bazarlarını da nəzərdən keçirməlidirlər. Biz onlara deyirik ki, Azərbaycanı hab olaraq görün. Pakistan Azərbaycan və digər ölkələrlə Preferensial Ticarət Sazişinin imzalanması ərəfəsindədir. Bu saziş Pakistan ixracatçılarına Azərbaycandan digər ölkələrə düyü göndərməyə kömək edəcək. Hədəf yalnız Azərbaycan bazarı deyil, həm də digər region ölkələrinin bazarlarıdır”, – deyə o qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər