“Miral” MMC-nin ölkəyə idxal etdiyi, Pakistanda fəaliyyət göstərən “Salbion Health Sciences Pvt Ltd” şirkətinin istehsalı olan, ümumi miqdarı 3000 ədəd təşkil edən “Sele Forte kapsul №30” adlı bioloji aktiv qida məhsullarında ağır metalların Kadmium (Cd) miqdarının normadan artıq olduğu aşkar edilib.
Banker.az bu barədə Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Məlumata əsasən, faktla bağlı qanunvericiliyə uyğun qərar qəbul olunub və istehlaka yararsız bioloji aktiv qida məhsulları məhv edilib.