Pakistanın NESPAK şirkəti Qarabağda işləmək istəyir

Mikayıl Cabbarov ölkənin Pakistanla sıx dostluq və qardaşlıq münasibətlərini, Vətən müharibəsi zamanı Pakistanın Azərbaycanın mövqeyini birmənalı dəstəkləməsinin yüksək qiymətləndirildiyini vurğulayıb.

Görüşdə Pakistanla iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensial, keçirilən görüşlərin və aparılan səmərəli müzakirələrin tərəfdaşlığın genişlənməsində rolu qeyd edilib.
NESPAK şirkətinin icraçı direktoru Tahir Məsud rəhbəri olduğu şirkətin fəaliyyəti barədə məlumat verib.
Pakistanın Azərbaycandakı səfiri Bilal Hayenin də iştirak etdiyi görüşdə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçiriləcək yenidənqurma layihələri üzrə əməkdaşlığa dair müzakirələr aparılıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.