Pakistanın sabiq prezidenti Pərviz Müşərrəf edam cəzasına məhkum edilib.
Qərar xüsusi məhkəmənin kollegiyası tərəfindən irəli sürülüb: üç nəfərdən iksi ölüm hökmünün leyhinə səsə verib.
Müstəntiqlərin bildirdiyinə görə. 2001-2008-ci illərdə Pakistanın prezidenti postunda olan Müşərrəf, 2007-ci ildə ölkədə fövqəladə vəziyyət elan etdikdən sonra, Ali Məhkəmə üzvlərini həbs etməyi əmr etməklə vətənə xəyanət etmiş olub.
Müşərrəfə qarşı cinayət işi 2013-cü ildə açılıb və bu, hökumətin təşəbbüsü olmuşdur. 2016-cı ilin martında Ali Məhkəmə sabiq prezidenti ölkəni tərk etməsi qadağan edilmiş insanlar siyahısından çıxardıqdan sonra, 72 yaşlı Pərviz Müşərrəf müalicə üçün BƏƏ-nə yollanır. O vaxtdan bəri, o, Dubaydadır və müstəntiqlərin fikrincə, ədalətdən gizlənir.