6 C
Baku
Saturday, February 24, 2024

Pakistanlı nazirlərdən ibarət nümayəndə heyəti Azərbaycana gəlib

Pakistandan olan nazirlərdən ibarət nümayəndə heyəti Azərbaycana gəlib.

İki günlük səfər çərçivəsində İnvestisiyalar üzrə Şuranın federal naziri Çaudri Salik Hüseyn, neft naziri Musadiq Məsud Malik və federal sənaye və istehsal naziri Seyid Murtaza Mahmud Bakıda rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək.

Görüşlərdə iki ölkə arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinin müzakirəsi planlaşdırılır.

Xatırladaq ki, ötən il Azərbaycan və Pakistan diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər