6 C
Baku
Sunday, December 15, 2024

Palata: 2023-cü ildə ARDNF-ə daxilolmalar 3 dəfə az olacaq

Hasilat həcminin azalması və neft qiymətlərində mühafizəkar yanaşma fonunda mənfəət neftinin və qazın satışı üzrə Azərbaycan Respublikası Dövlət Neft Fondunun daxilolmalarının növbəti ildə cari ilin gözlənilən daxilolmalarından təqribən 2.9 dəfə az olacağı proqnozlaşdırılıb.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Neft Fondunun 2023-cü il büdcəsinin layihəsinə Hesablama Palatası tərəfindən verilən rəydə deyilir.

2023-cü ildə Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlərin (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) 3 milyard 865.5 mln. ABŞ dolları və ya 6 milyard 571.4 mln. manat olması proqnozlaşdırılır.

Palata deyir ki,  bu da 2021-ci il faktiki icra göstəricisindən 5 milyard 323.2 mln. manat və ya 44.8%, 2022-ci il proqnoz göstəricisindən 8 milyard 422.0 mln. manat və ya 56.2%, 2022-ci il gözlənilən icra göstəricisindən isə 12 milyard 614.4 mln. manat və ya 65.7% azdır.

ARDNF-in 2023-cü il büdcə layihəsində Fonda mədaxil olunması üçün satılması proqnozlaşdırılan mənfəət neftindən və qazdan əldə olunacaq gəlir məbləği müəyyən edilərkən aşağıdakı yataqlardakı neftin və qazın hasilatından Azərbaycan dövlətinin payına düşən mənfəət neftinin və qazın miqdarı və SOCAR tərəfindən CQD və CQBK layihələri üzrə ARDNF-yə gözlənilən ödənişlər (dividendlər) nəzərə alınıb:

1 6

2 5

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Neft Fondu və Dövlət Neft Şirkəti arasında imzalanmış SOCAR-ın Şahdəniz, Cənubi Qafqaz Boru kəməri və Cənub Qaz Dəhlizi layihələri üzrə mənsub olduğu paylara düşən gəlirlərin idarə olunmasına dair Razılaşma Protokolunun (Protokol) icrasına uyğun olaraq növbəti illər ərzində SOCAR tərəfindən AQTŞ-yə yaranmış borc ilə əlaqədar Dövlət Neft Fonduna ödənişlərin həyata keçirilməsi nəzərdə tutulur ki, 2023-cü ildə bu istiqamətdə Neft Fonduna ödənişlərin ümumi həcminin (xam neftin 50.0 ABŞ dolları ilə) 107.5 mln. ABŞ dolları təşkil etməsi proqnozlaşdırılır.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Neft Fondu (ARDNF) və Dövlət Neft Şirkəti (SOCAR) arasında imzalanmış SOCAR-ın Şahdəniz, Cənubi Qafqaz Boru kəməri və Cənub Qaz Dəhlizi layihələri üzrə mənsub olduğu paylara düşən gəlirlərin idarə olunmasına dair Razılaşma Protokolunun (Protokol) icrasına uyğun olaraq növbəti illər ərzində Protokolda nəzərdə tutulan aşağıdakı mənbələr üzrə Dövlət Neft Fonduna ödənişlərin həyata keçirilməsi nəzərdə tutulur: 1. 2007-2008-ci illərdə xam neftin satışından yaranan qiymət fərqi üzrə ARDNF-yə SOCAR tərəfindən ödəniləcək 149 960 128.0 ABŞ dolları vəsait tam şəkildə ödənilmişdir. Bu vəsaitin 27 247 990.39 ABŞ dolları 2022-ci ilin birinci rübündə ödənilmişdir. 2. SOCAR tərəfindən AQTŞ-yə yaranmış borc ilə əlaqədar 01.01.2022-ci il tarixinə SOCAR tərəfindən AQTŞ-yə yaranmış borc ümumilikdə 1 197 260 883.81 ABŞ dolları təşkil etmişdir. 2022-ci ilin 9 ayı ərzində 60 777 318.24 ABŞ dolları həcmində borc ARDNF-yə ödənilmişdir. Ümumilikdə SOCAR tərəfindən ARDNF-yə cari ildə xam neftin satışından yaranan qiymət fərqi üzrə ödənilmiş vəsait (27 247 990.39 ABŞ dolları) də nəzərə alınmaqla 30.09.2022-ci il tarixinə ümumi ödəniləcək borcun məbləği 1 113 648 356.56 ABŞ dolları təşkil etmişdir.

Son xəbərlər
Digər xəbərlər