06 oktyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) tərəfindən “Turanbank” ASC-nin hər birinin nominal dəyəri 1,082 manat olan 4,622 ədəd adi sənədsiz səhmlərinin əlavə buraxılışı AZ1002005549 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.
MBNP-dan Banker.az-a verilən xəbərə görə, Palata tərəfindən həmçinin 03 oktyabr tarixində “Unibank” ASC-nin hər birinin nominal dəyəri 2.72 manat olan 20,220,589 ədəd adi sənədsiz səhmlərinin əlavə buraxılışı AZ1003002024 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.
Bundan əlavə, 29 sentyabr tarixində “AzFinance İnvestisiya Şirkəti” QSC-nin hər birinin nominal dəyəri 1,000 manat olan 550 ədəd adi sənədsiz səhmlərinin əlavə buraxılışı AZ1001019715 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.
Hər üç Cəmiyyətin səhmlərinin qapalı yerləşdirmə üsulu ilə yerləşdirilməsi nəzərdə tutulur.