19 C
Baku
Bazar, Sentyabr 26, 2021

Palata: 46 sığorta agentinin lisenziyası ləğv edildi

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP)  Direktorlar Şurasının 9 iyun 2017-ci il tarixli qərarına əsasən bəzi sığorta agentlərinin fəaliyyətinə verilmiş lisenziyalarının qüvvəsi 3 ay müddətinə dayandırılıb və üç fiziki şəxsə verilmiş lisenziyaları ləğv edilib.

Direktorlar Şurasının iclasında Sığorta Bazarına Nəzarət Departamentinin 46 nəfər fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyanın 3 ay müddətinə dayandırılması müraciətinə baxılaraq, müsbət qərar qəbul edilib. Lisenziyaların dayandırılmasına səbəb, sığorta agentlərinin “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 93.2-3-cü maddəsinin tələblərinə riayət etməyərək MBNP-yə rüblük hesabatları təqdim etməmələri olub.

İclasda həmçinin, Babayeva Nüşabə Qurban qızının, Qurbanov Pənah Məhəmməd oğlunun və Hüseynov Zaur Namiq oğlunun MBNP-yə müraciəti əsasında onların sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaları ləğv edilib.

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər