11 C
Baku
Monday, November 25, 2024

Palata 50 mln.-luq əməliyyata müsbət rəy verdi

28 oktyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) cari hesabat ilində emissiyası nəzərdə tutulan hər birinin nominal dəyəri 100 (yüz) manat olan 6 000 000 (altı milyon) ədəd qısamüddətli notlarının emissiya prospekti 52S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.

28 oktyabr tarixində Palata tərəfindən həmçinin AMB-nin hər birinin nominal dəyəri 100 (yüz) manat olan 500 000 (beş yüz min) ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50100152S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Sözügedən notların tədavül müddəti 28 gündür.

Son xəbərlər
Digər xəbərlər